SON XƏBƏR

Ukrayna Rusiyanın daha bir vilayətinə dron hücumu edib

Aprel 02
11:48 2024
Rusiyanın Lipetsk vilayətinin səması üzərində pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

APA-nın Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə vilayətin qubernatoru İqor Artamonov özünün "Teleqram” kanalında yazıb.

O qeyd edib ki, insident Stanovlyansk rayonu ərazisində baş verib. Bundan bir qədər əvvəl hava həyəcanı elan olunub.

Xatırladaq ki, səhər saatlarında Ukrayna ərazisindən Tatarıstana dron hücumu olub. Nəticədə 7 nəfər yaralanıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook