Ukrayna Təhlükəsizlik Xidməti FTX casusunu saxlayıb
İyun 13
15:46
2023
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Dnepropetrovsk vilayətində Ukrayna Silahlı Qüvvələrinin əks-hücum üçün təlim mərkəzlərini izləməklə casusluq edən Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) casusunu saxlayıb.
"Report” "RBK-Ukrayna”ya istinadən xəbər verir ki, casus artıq "Geralt” təxəllüsü alıb.
"O, FTX-nin göstərişi ilə Dnepr, Kamenski və Novomoskovsk rayonlarında Müdafiə Qüvvələrinin yerləşdiyi yerlər haqqında kəşfiyyat məlumatları toplayıb”, - UTX-dən bildirilib.