SON XƏBƏR

"Ukrayna üçün əks-hücum planını xarici mütəxəssislər hazırlayıb" - Rusiya MN başçısı

Fevral 21
12:21 2024
Ukrayna üçün əks-hücum planını xarici mütəxəssislər hazırlamışdı.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu TASS-a müsahibəsində bildirib. Onun sözlərinə görə, Polşa və Baltikyanı ölkələrin mütəxəssisləri Ukrayna üçün əks-hücum planını hazırlayıblar.

"Əks-hücum planına görə, Ukrayna Silahlı Qüvvələri Azov dənizinə çıxmalı və Krıma quru dəhlizini kəsməli idi", - deyə Şoyqu qeyd edib.

General Ukraynanın əks-hücum əməliyyatından əvvəl RF Silahlı Qüvvələrinin qurduğu müdafiə xəttinin Ukrayna qoşunlarını gündəlik olaraq sıradan çıxarmağa və müəyyən istiqamətlərdə irəliləməyə imkan verdiyini bildirib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook