Ukrayna üzrə Sülh Sammitinin kommünikesini imzalayan ölkələrin sayı azalıb
İyun 17
07:56
2024
İsveçrədə keçirilmiş Ukrayna üzrə Sülh Sammitinin kommünikesini imzalayan ölkələrin siyahısı azalıb.
İraq və İordaniyanın niyə imzalarını geri çəkməsinin səbəbi bəlli deyil.
"Report” xəbər verir ki, bu barədə İsveçrə hökumətinin saytında dərc olunmuş siyahıdan məlum olub.
Siyahıya görə, İraq və İordaniya artıq imzalayanlar sırasında yoxdur. Beləliklə, imzalayanların sayı 80-dən 78-ə, imzalamayan ölkələrin sayı isə 15 olub.