Ukrayna XİN Azərbaycanın konsulluğuna hücumu qınadı
Noyabr 08
12:23
2020
Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri konsuluğunun binasının naməlum şəxslər tərəfindən atəşə tutulmasını qəti şəkildə qınayır.
Bu barədə "Report” Ukrayna XİN-nin bəyanatına istinadən xəbər verir.
Qeyd olunub ki, hüquq-mühafizə orqanları tərəfindən lazımi təhqiqat tədbirləri başladılıb: "Bunu törədənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır”.