Ukrayna yenə kütləvi raket zərbələri altında... – Lvov da vuruldu
Sentyabr 04
10:40
2024
Rusiya işğalçı qüvvələri sentyabrın 4-ü səhər saatlarında Ukraynaya növbəti kütləvi raket və PUA hücumu həyata keçirib.
Eyni vaxtda Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinə raket hücumu həyata keçirilib. Krivoy Roq Hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul "teleqram”-da bildirib ki, düşmən raketi şəhərin mərkəzində yerləşən mülki infrastruktur obyektinə düşüb. Onun sözlərinə görə, partlayış dalğası nəticəsində 10-dan çox çoxmərtəbəli binaya ziyan dəyib. Mülki şəxslər arasındakı itkilər dəqiqləşdirirlir.
"AzPolitika” Ukкayna mətbuatına istinadla xəbər verir ki, əsas hədəflər Kiyev, Lvov, Krivoy Roq və Odessa olub.
Lvovun meri Andrey Sadovinin sözlərinə görə, hücum nəticəsində əsasən dəmir yolu vağzalı ərazisindəki yaşayış binaları yanıb. Azı üç nəfərin öldüyü, 25 nəfərin yaralandığı bildirilir. Ölənlərin arasında 14 yaşlı qız, yaralıların arasında xeyli sayda uşaq olduğu qeyd edilir. Bir 10 yaşlı uşağın vəziyyəti ağırdır.