"Ukraynada 750-dən çox mülki şəxs mina terrorunun qurbanı olub" - Britaniya kəşfiyyatı
Aprel 17
10:48
2023
"Genişmiqyaslı müharibə başlayandan bəri Ukraynada 750-dən çox mülki şəxs mina terrorunun qurbanı olub”.
Qeyd olunub ki, minaya düşən hər 8 nəfərdən 1-i uşaqdır:
"Ukraynanın minalardan təmizlənməsi, çox güman ki, ən azı 10 il çəkəcək”.
Məlumata görə, Ukraynada minalardan ən çox Xerson və Xarkov sakinləri əziyyət çəkir: "Ukraynada hər gün mülki insanların minaya düşməsi barədə xəbərlər gəlir. Yazın gəlişi və daha çox insanın kənd təsərrüfatı ilə məşğul olması ilə bağlı olaraq mülki şəxslərin minaya düşməsi riski artacaq”.