SON XƏBƏR

Ukraynada deputat dövlətə xəyanətdə ittiham edilib

Noyabr 15
07:49 2024
Ali Radanın deputatı Yevgeni Şevçenkoya dövlətə xəyanət şübhəsi barədə bildiriş təqdim edilib.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Dövlət İstintaq Bürosunun teleqram kanalında bildirilib.

Bildirilib ki, parlamentari ölkənin müdafiə qabiliyyətinə və informasiya təhlükəsizliyinə ziyan vurub.

"Deputat Ukraynanın müdafiə qabiliyyətinə və informasiya təhlükəsizliyinə ziyan vurmağa Rusiyanın tam miqyaslı müdaxiləsindən əvvəl başlayıb. Belə ki, 2021-ci ildə o, Belarus ərazisindən Rusiyanın tam miqyaslı müdaxilə təhlükəsinin olmaması barədə yanlış məlumatlar yayıb", - bildirilib.

Bundan əvvəl deputat ona qarşı açılan işi "Zelenskinin qisası" adlandırmışdı.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook