SON XƏBƏR

Ukraynada kənd təsərrüfatı üçün günəş batareyaları ilə işləyən dronların istifadəsinə başlanılıb

Avqust 13
10:50 2018
Ukraynada kənd təsərrüfatı sahəsində günəş batareyaları ilə işləyən dronların istifadəsinə başlanılıb.

AZƏRTAC-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, üç ildir hazırlanan bu cür dronların test uçuşu uğurla nəticələnib.

Bu texnologiyadan istifadə ilə fermerlər kənd təsərrüfatı sahəsində işlərə 30 faiz qənaət etmiş olacaq, sahənin mikroiqlimini, torpaq xüsusiyyətlərini və bitkilərin ehtiyaclarını öyrənə biləcəklər.

Uçuşda sınanılan ilk dron təxminən beş kiloqram ağırlığında, qanadları isə üç metrdir. 90 vat gücündə olan günəş batareyaları ilə təchiz olunub. Dronun uçuş müddəti 6-8 saatdır. Bu, klassik təyyarələrdə olanlardan üç dəfə çoxdur.

Gələcəkdə bu cür dronların uçuşu zamanı bərpa ilə 24 saatlıq uçuşa keçid imkanı nəzərdən keçirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook