Ukraynada prezident seçkilərinin ikinci turu ərəfəsində sərhədlər gücləndirilir
Aprel 16
01:24
2019
Ukraynada prezident seçkilərinin ikinci turu ərəfəsində sərhədlər daha da gücləndirilir.
Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Məlumata görə, hazırda sutka ərzində təxminən 6 min sərhədçi Ukrayna sərhədlərini qoruyur. Seçki ərəfəsində sərhədlərə daha 1300 nəfər əlavə qüvvə yerləşdiriləcək. Məqsəd Ukraynada təxribatların, qanunsuz silah-sursat daşınmasının, terrorun qarşısını almaqdır.