Ukraynada yaşayış binası raketlə vurulub - 6 nəfər ölüb
Noyabr 11
13:27
2022
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Nikolayev şəhərinə atdığı raketin yaşayış binasına düşməsi nəticəsində 6 nəfər ölüb.
Xatırladaq ki, səhər saatlarında yaşayış binasına raket düşməsi nəticəsində 4 nəfərin öldüyü bildirib, lakin sonra bu rəqəm 6-ya yüksəlib.
APA xəbər verir ki, bu barədə "Unian"a məlumat yayıb.
Ukrayna Prezidenti Vladimir Zelenski raket hücumunu terror hadisəsi kimi qiymətləndirib: "Hal-hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Rusiya öz məkrli döyüş taktikasından əl çəkmir. Biz mübarizəmizi davam etdiririk. İşğalçılar Ukraynaya və ukraynalılara qarşı törətdikləri bütün cinayətlərə görə cavab verəcək”.