SON XƏBƏR

"Ukraynadakı hərbi əməliyyat tamamilə iflasa uğrayıb" - Separatçıların eks-naziri

May 25
12:02 2022
"Hərbi əməliyyat o qədər anlaqsız və səmərəsiz keçirilir ki, bütün dünya, ən azından NATO buna gülür. Estoniya belə ərazi iddialarını irəli sürməyə başlayıb. Finlandiya isə təcili şəkildə NATO-ya qoşulur, çünki artıq heç nədən çəkinmir”.

"Report” xəbər verir ki, bunu qondarma Donetsk Xalq Respublikasının sabiq "müdafiə naziri” İqor Girkin bildirib.

"Əgər bunu Kremldə deyə bilmirlərsə, bütün faktlara əsaslanaraq düzünü deməliyəm, xüsusi hərbi əməliyyat tamamilə iflasa uğrayıb. Tamamilə. Bu o demək deyil ki, müharibə uduzulub. Ancaq müharibə uduzulmayıb. Lakin müharibə tamamilə fərqli şeydir. Bu 3 ay öncə əməliyyata başlayarkən Kremldə planlaşdırılan şey deyildi”, - İ.Girkin vurğulayıb.

Qeyd edək ki, İqor Girkin separatçıların "müdafiə naziri” olmadan öncə uzun müddət Rusiya Federal Təhlükəsizlik Xidmətində şöbə rəisinin müavini vəzifəsində çalışıb. Hazırda o, Donbasdakı separatçıları, qondarma quruluşları dəstəkləyən "Novorossiya” ictimai hərəkatının rəhbəridir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook