SON XƏBƏR

"Ukraynadakı müharibədə nüvə silahından istifadə ehtimalı var" - Türkiyə XİN

İyun 25
07:50 2024
Rusiya-Ukrayna müharibəsi eskalasiya, o cümlədən nüvə silahından istifadə ehtimalı ilə doludur.

"Report"un "Habertürk" telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

"Davam edən müharibənin region və bütün dünya üçün bədəli çox yüksəkdir. Daha da ciddisi odur ki, bu risk böyüyə və yayıla bilər.
 
Coğrafi olaraq yayıla bilər. Nüvə silahından istifadənin mümkünlüyü məsələsi gündəmə gələ bilər”, – türkiyəli nazir bildirib.

Onun sözlərinə görə, iyunun 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı ona Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın müharibənin həlli ilə bağlı ismarışını çatdırıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook