SON XƏBƏR

Ukraynadakı zavod ildə 120 PUA istehsal edəcək - Haluk Bayraktar

Fevral 07
08:36 2024
Ukraynada Bayraktar pilotsuz təyyarə istehsalı zavodunun tikintisi davam edir. İldə 100 ədəddən çox dron istehsalı planlaşdırılır.

APA-nın məlumatına görə, bunu "Baykar”ın baş direktoru Haluk Bayraktar "Reuters"ə açıqlamasında deyib.

"Zavodumuz tikilir. Tikintini başa çatdırmaq üçün təxminən 12 ay lazımdır və sonra daxili maşın, avadanlıq və təşkilati struktur qurmağa keçəcəyik", - Bayraktar bildirib.

Onun sözlərinə görə, Ukraynada zavod böyük olacaq. Orada 500-ə yaxın adamın çalışacağını gözləyir.

Bayraktar aydınlaşdırıb ki, ildə təxminən 120 pilotsuz uçan aparat istehsalı planlaşdırılır. Amma konkret model hələ seçilməyib - TB2, yoxsa TB3.

Eyni zamanda o, Rusiyanın Ukraynaya qarşı müharibəsinə baxmayaraq zavodun tikintisi planlarının davam etdiyini və "heç nəyin” onlara mane ola bilməyəcəyini vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook