SON XƏBƏR

Ukraynadan Krımın Rusiyaya verilməsi ilə bağlı Braziliya prezidentinə cavab

Aprel 07
15:57 2023
Xarici İşlər Nazirliyi Braziliya prezidentinin Krım yarımadasının Rusiyaya verilməsi təklifinə cavab olaraq bəyan edib ki, Ukrayna öz əraziləri ilə alver etmir.

Qaynarinfo xəbər verir ki, bu haqda Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko "Facebook"da yazıb.

"Ukrayna Braziliya prezidentinin Rusiyanın təcavüzünü dayandırmaq üçün həll yolu tapmaq səylərini yüksək qiymətləndirir. Eyni zamanda, açıq şəkildə qeyd etməliyik: Ukrayna öz ərazilərini alver etmir", o, qeyd edib.

Onun sözlərinə görə, Ukraynanın öz torpağının bir santimetrini belə verməsi üçün heç bir hüquqi, siyasi və ya mənəvi səbəb yoxdur.

Eyni zamanda, XİN Ukraynanın mövqeyini xatırladıb: Ukraynada sülhün bərpası üçün istənilən vasitəçilik səyləri BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq Ukraynanın suverenliyinə hörmət və ərazi bütövlüyünün tam bərpasına əsaslanmalıdır.

Bir qədər əvvəl Braziliya prezidenti Luiz İnasio Lula da Silva Ukraynaya müharibəni bitirmək üçün Krım yarımadasını Rusiyaya verməyi təklif edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook