Ukraynadan Moskvadakı terror aktı ilə bağlı açıqlama
Mart 23
00:45
2024
Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Kiyevin "Crocus City Hall”da törədilən terror aktında iştirakını inkar edib.
Bundan əvvəl rusiyalı politoloq Sergey Markov bildirib ki, "Crocus City Hall"-”da baş verən terror aktını böyük ehtimalla Kiyev təşkil edib.
Bu barədə "strana.ua" məlumat verib.
"Ukraynanın Rusiyanın "Crocus City Hall"-dakı terror aktına heç bir aidiyyəti yoxdur", - Podolyak vurğulayıb.