SON XƏBƏR

Ukraynalı general: "Müharibəni uzatmaq Putin üçün uğursuzluk deməkdir"

Mart 29
14:16 2022
"Bu gün Rusiya ilə müharibədə dönüş nöqtəsi yaranır”.

Qaynarinfo UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Xarici Kəşfiyyat İdarəsinin rəhbəri, general Mikola Malomuj deyib.

Onun sözlərinə görə, müharibə qarşıdakı bir ay ərzində bitə bilər:

"Rusiya Prezidenti Vladimir Putin başa düşür ki, müharibəni uzatmaq onun üçün daha böyük uğursuzluq deməkdir. Diplomatik cəbhədəki uğurumuz sülhlə nəticələnə bilər. Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatlarını daha 7-10 gün davam etdirsə, bu, Putini danışıqlara məcbur edəcək güclü təzyiqə çevriləcək".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook