“Ukraynanın Aİ-yə üzvlüyü birliyi dağıda bilər“ - Viktor Orban
Dekabr 13
15:27
2023
Macarıstanın Baş naziri Viktor Orban hesab edir ki, Avropa İttifaqı (Aİ) Ukrayna ilə üzvlüklə bağlı danışıqlara başlasa, dəhşətli səhvə yol verəcək.
"Report” xəbər verir ki, hökumət başçısı bu barədə Macarıstanın "Mandiner” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu, Aİ daxilindəki birliyi məhv edə bilər.
Baş nazir üzvlüyə alternativ olaraq Ukrayna ilə strateji tərəfdaşlıq sazişinin bağlanmasını təklif edib: "Aİ qarşısı alınmalı olan dəhşətli bir səhv etmək üzrədir”.
Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba dekabrın 12-də bildirmişdi ki, üzvlüklə bağlı danışıqlara başlamaq barədə Macarıstandan ilk müsbət siqnal alınıb.
Xatırladaq ki, daha əvvəl D.Kuleba Aİ-nin üzvlüklə bağlı mənfi qərarının dağıdıcı olması ilə xəbərdarlıq etmişdi. Bu ilin noyabr ayında Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına üzvlük yolunda irəliləyiş əldə etməsinə dair hesabat yayıb. Sənəddə Kiyevlə üzvlüklə bağlı danışıqlara başlamaq tövsiyəsi yer alıb.