Ukraynanın azad edilmiş şəhər və kəndlərinin sayı açıqlanıb
Dekabr 29
09:18
2022
"Müharibə başlayandan Ukraynanın 1 800-dən çox şəhər və kəndini işğalçılardan azad edə bildik”.
"Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Zelenski Ukraynaya dəstək verən ölkələrə təşəkkür edib və ölkə ordusunun bu silahlar sayəsində uğurlu əks-hücum əməliyyatları həyata keçirdiyini bildirib.
Ukraynanın da silah istehsal etmək imkanlarına sahib olduğunu, bəzi silahlar istehsal etdiyini və yenicə istehsal etməyə başladığını bildirən Zelenski "Ukraynanın silah markalarının bütün dünyanın diqqətini çəkəcəyi gələcəyə əmin ola bilərsiniz" deyib.
Zelenski vurğulayıb ki, Ukrayna xalqı çoxdan arzuladığı qələbəyə doğru irəliləməkdə davam edir.
Dövlət başçısı Avropa İttifaqı (Aİ) ölkələrinin bu gün Rusiyaya qarşı Ukraynaya silah dəstəyi verdiyini önə çəkib: "Tarixdə ilk dəfə olaraq Avropa İttifaqı bu cür genişmiqyaslı hücumlara qarşı müdafiə yardımı edir”.