Ukraynanın NATO-ya üzv olması ilə bağlı önəmli irəliləyiş - New York Post
May 07
13:24
2021
ABŞ Prezidenti Co Bayden administrasiyası alyansa qoşulmaq istəyən ölkələr üçün NATO-nun qapılarının açıq qalmasının tərəfdarıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post” qəzeti Ağ Evin sözçüsü Karin Jan-Piyerə istinadla bildirib.
Bununla belə o deyib ki, alyans yalnız bu hərbi ittifaqa qoşulma şərtlərinə cavab verən ölkələri qəbul edə bilər.
Jurnalistin bu fikrin ABŞ-ın Ukraynanın Şimali Atlantika Blokuna qoşulmaq istəyini dəstəklədiyi mənasını ifadə edib-etmədiyi barədə sualına, Ağ Evin sözçüsü müsbət cavab verib.
Vurğulayaq ki, Şimali Atlantika Blokunun nizamnaməsində qonşuları ilə ərazi mübahisəsi olan ölkələr üçün bloka üzv olma qadağası nəzərdə tutulmur.
Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Dövlət katibi Antoni Blinken ilə görüşdə NATO-nu Ukraynadakı mövcudluğunu gücləndirməyə çağırıb və Vaşinqtondan qurumun artıq iyun zirvəsində ittifaqa üzv olmaq üçün bir fəaliyyət planının alınmasına kömək etməsini istəyib.
Bu yaxınlarda Polşa Prezidenti Andjey Duda Ukraynanın NATO-ya daxil olması üçün "yol xəritəsi" məsələsini qaldıracağına söz verib.
Eyni zamanda, Litva Ukraynanın NATO və Avropa Birliyinə 15 ildən daha tez üzv ola biləcəyini bildirib.