"Ukraynaya qoşun göndərilsə, Vaşinqton, London və Parisə nüvə zərbəsi endiriləcək" - Medvedev
May 06
15:23
2024
Ukraynaya qoşun göndərən istənilən ölkələrin ərazisinə nüvə zərbəsi endiriləcək.
APA-nın Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
O bildirib ki, belə olan halda ölkəsinin hədəfində Vaşinqton, London və Paris şəhərləri olacaq. Medvedevin qənaətinə görə, bu halda baş verəcək böyük fəlakətə görə Avropa cavabdeh olacaq.