“Ukrtatnafta” “Odessa-Kremençuq” boru kəməri ilə Azərbaycan neftinin ilk partiyasını qəbul edib
Mart 11
18:19
2017
"Ukrtatnafta” və "Ukrtransnafta” Kremençuq neft emalı zavoduna Azərbaycan neftinin daxil olması üçün "Odessa-Kremençuq” neft kəmərini işə salıb.
Şirkət "Odessa-Kremençuq” boru kəməri ilə Azərbaycan neftinin ilk partiyasının qəbul edib. Məlumatda deyilir: "Ukrtatnafta” martın 10-da "Odessa-Kremençuq” boru kəməri ilə Azərbaycan neftinin ilk partiyasını alıb. Ümumiyyətlə, "Ukrtatnafta” "Azeri Light” markalı nefti ötən ilin dekabrından emal edir. Amma indiyədək neft zavoda dəmir yolu nəqliyyatı ilə daşınırdı. "Odessa-Kremençuq” boru kəmərinin bu qolu bir neçə il işləməyib, amma neft təchizatının şaxələndirilməsi sayəsində yenidən işə salınıb”.
Bildirilir ki, Ukraynaya xam neftin idxalının şaxələndirilməsi bu ölkənin neft emalı zavodlarının birbaşa təchizatı ilə bağlı Azərbaycan ilə dövlətlərarası razılaşmalar sayəsində mümkün olub.