SON XƏBƏR

''Ulduz'' jurnalı yaradıcı əlillərin əsərlərini nəşr etdirəcək

Sentyabr 30
14:37 2016
"Biz fiziki imkanları məhdud insanların bədii mətnlərini – şeir, hekayə və esselərini almanaxda çap etmək istəyirik".
 
Bu sözləri şair Qulu Ağsəs fiziki imkanları məhdud insanların əsərlərindən ibarət almanaxın nəşri haqda Axar.az-a danışarkən deyib. O, almanaxda yer almaq üçün heç bir yaş məhdudiyyəti olmadığını bildirib:
 
"Almanaxın bir üstün cəhəti də ondan ibarətdir ki, onu "Ulduz” jurnalının alıcılarına hədiyyə edəcəyik. İstənilən yaş qrupundan olan şəxslər bu almanaxa bədii mətnlər göndərə bilər. Yəni heç bir yaş məhdudiyyəti yoxdur. Müəlliflər öz fotolarını, qısa tərcümeyi-hal və bədii mətnlərini [email protected] ünvanına göndərsinlər. Qeyd edim ki, istənilən səbəbdən əmək fəaliyyətini tam, ya da qismən itirmiş şəxslər şeir, hekayə, essesini almanaxa göndərə bilər. Yəni fərqi yoxdur, Qarabağ əlili olsun, ya da anadangəlmə. Biz bu dostlarımızı sevə-sevə çap edəcəyik. Sadəcə, mətnlərini mümkün qədər tez göndərsinlər”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook