SON XƏBƏR

Ulu öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrü xüsusi əhəmiyyətə malikdir

May 06
11:13 2016
Azərbaycanın son 40 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi və mədəni həyatının bütün sahələrindəki dirçəliş məhz onun müdrik və uzaqgörən fəaliyyətinin nəticəsidir.
 
AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA Naxçıvan Bölməsində keçirilən Heydər Əliyev lektoriyasının 70-ci məşğələsində səsləndirilib.
 
Məşğələdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev "Heydər Əliyev və Azərbaycanın müstəqilliyi” mövzusunda danışaraq bildirib ki, Azərbaycanın müstəqilliyinin bərpa olunmasında ulu öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrü xüsusi əhəmiyyətə malikdir. Dahi şəxsiyyət Naxçıvanda yaşayıb çalışdığı, muxtar respublikanın rəhbəri olduğu illərdə Azərbaycan üçün çox əhəmiyyətli olan böyük tarixi qərarlar qəbul edib. 1990-cı il noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasında mühüm qərarlar qəbul olunub. Belə ki, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikası adlandırılıb, Azərbaycan Xalq Cümhuriyyətinin milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilib. Bu qərarlar müstəqil Azərbaycanın milli dövlət quruculuğunda böyük əhəmiyyət daşıyır.
Ulu öndər Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında və inkişafındakı tarixi xidmətlərini vurğulayan akademik onu da qeyd edib ki, iki əsrin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışının nəticəsidir. Məhz həmin tarixi qayıdışdan sonra Ümummilli Liderimizin uzaqgörənlik və müdrikliklə həyata keçirdiyi siyasət Azərbaycanın müstəqilliyini əbədi, dönməz və sarsılmaz edib. 1993-cü ildən sonrakı dövr müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanılması uğrunda mübarizə dövrü kimi yazılıb, ictimai-siyasi sabitliyin və qanunçuluğun bərqərar edilməsi bu dövrün ən mühüm nailiyyəti olub.
 
Sonra məruzə ətrafında çıxışlar olub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook