SON XƏBƏR

UNESCO-nun mənzil-qərargahında “Afrika Həftəsi” keçirilib

May 27
00:53 2022
UNESCO-nun mənzil-qərargahında "Afrika Həftəsi” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir UNESCO yanındakı Afrika qrupu, Afrika İttifaqı ilə əməkdaşlıq çərçivəsində təşkil edilib. "Afrika Həftəsi” çərçivəsində bu qitənin ölkələrinin mədəniyyəti, incəsənəti diqqət mərkəzində olub.

Tədbirdə UNESCO-nun Baş direktoru Odre Azule, Kot d”İvuarın Baş naziri Patrik Aşi, Afrika ölkələrinin səfirləri çıxış ediblər.
 
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev açılış mərasimində çıxış edərək, ölkəmizin milli səviyyədə, eləcə də Qoşulmama Hərəkatı çərçivəsində Afrikaya verdiyi töhfələrdən danışıb.

"Afrika Həftəsi” çərçivəsində milli mətbəximiz, musiqimiz təqdim olunub. Səma Moğadam milli rəqsimizi təqdim edib. "Afrika Həftəsi” çərçivəsində ölkəmizi təşviq edən videoçarx nümayiş olunub.

"Afrika Həftəsi” çərçivəsində keçirilmiş qala gecədə gənc pianoçu Etibar Əsədli tirosu ilə "Qara qaşın vəsməsi” kompozisiyasını ifa edib.

Xatırladaq ki, Azərbaycan "Afrika Həftəsi”nin sponsorlarındandır. Ölkəmiz Afrika ölkələrinə kadr hazırlığı məsələlərinə töhfələr verir. Afrika ölkələrinin diplomatlarına ADA Universitetində təhsil almaq imkanı yaradılır.

Həmçinin ölkəmiz 2014-cü ildə yaradılmış UNESCO/Azərbaycan Etimad Fondu vasitəsilə Afrikanın Keniya, Uqanda, Tanzaniya, Liberiya kimi bir çox ölkələrində qızların təhsili, gender bərabərliyi, təhsildə bərabərlik kimi müxtəlif layihələrin maliyyələşməsində yaxından iştirak edib. Azərbaycan Afrika ölkələrində qızların və qadınların təhsilə əlçatanlığı layihələrində də iştirak edərək, gənc qızlar və qadınların həyat keyfiyyətləri və rifahının yüksəldilməsində yerli hökumətlərin səylərinə töhfə verib. Cəmiyyətin imkansız qrupları, xüsusilə də gənc qız və qadınların təhsilə çıxışını asanlaşdırmaq, təhsilin keyfiyyətini yaxşılaşdırmaq və təhsil imkanlarını artırmaq istiqamətində strategiyalar hazırlanmasında yaxından iştirak edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook