SON XƏBƏR

UNİCEF kasıb ölkələrə 2 milyard dozadan artıq vaksin verəcək

Noyabr 23
12:09 2020
BMT-nin uşaqlar üzrə agentliyi UNICEF noyabrın 23-də bildirib ki, gələn il 92 inkişaf etməkdə olan ölkəyə 2 milyard dollarlıq COVID-19 vaksini və 1 milyard dollarlıq şpris çatdıracaq. Dünyanın ən böyük vaksin alıcısı olan UNICEF adətən 100-dək ölkədə peyvəndləmə üçün 2 milyard dozadan artıq vaksin tədarükü görür.

UNICEF-in məlumatına görə, artıq logistika məsələlərinin yoluna qoyulmasından ötrü yüzlərlə hava, daşınma, qlobal logistika tərəfdaşları ilə iş aparılır. Bunun indiyədək həyata keçirilən ən böyük vəən sürətli əməliyyat olduğu bildirilir.

"Bu tarixi və nəhəng əməliyyat üçün yetərli nəqliyyat gücünün təmin olunmasından ötrü dəyərli işbirliyi davam edəcək”, – UNICEF-in təchizat bölməsinin direktoru Etleva Kadilli deyib.

Qurum COVAX-ın tərkibində Dünya Səhiyyə Təşkilatı (DST) ilə işlədiyini vurğulayıb. COVAX COVID-19 vaksinlərinin paylanması üçün yaradılmış qlobal plandır.
Həftəsonu dünyanın ən böyük iqtisadiyyatlarının liderləri vaksinlərin bərabər paylanması üçün hər şeyi edəcəklərini deyiblər. Böyük İyirmilik (G20) liderləri bu bəyanatı noyabrın 22-də ikigünlük virtual sammitin sonunda səsləndiriblər.

Almaniyanın Kansleri Angela Merkel isə sammitdən sonra deyib ki, o, daha yoxsul ölkələrlə böyük vaksin sövdələşmələrinin əldə olunmamasından narahatdır. Zəngin ölkələrsə yüzmilyonlarla dozalar üzrə sazişlər imzalayıblar.

G20-nin toplantısından öncə qrupa DST-nin apreldə irəli sürdüyü qlobal layihəyə 4.5 milyard dollar ayırmaq üçün təzyiq olunurdu. Avropa Komissiyasının Prezidenti Ursula Vander Leyen noyabrın 22-də deyib ki, qlobal liderləri ilin sonunadək həmin layihəni maliyyələşdirməyə çağırıb.

"G20 liderlərinin COVID-19 vaksinlərinin hamıya əlçatan olması fikrilə razılaşmalarına sevinirəm. Amma daha çox maliyyə lazımdır”, – Vander Leyen vurğulayıb.
ABŞ-ın Ərzaq və Dərman Administrasiyası (FDA) dekabrın 10-da vaksin müşavirlərinin toplantısında "Pfizer" və"Moderna" şirkətlərinin vaksinlərinin təcili təsdiqi məsələsini baxacaq. Sınaqlar bu vaksinlərin effektinin yüksək olduğunu göstərib.

"Pfizer"-in Almaniyanın "BioNTech"şirkəti ilə birlikdə hazırladığı vaksinin ilin sonunadək Avropa Dərman Agentliyi tərəfindən təsdiqlənməsi ehtimalı var. Rusiya və Çin artıq bəzi vaksinləri dövriyyəyə buraxsalar da, onların təhlükəsizliyi və səmərəsi haqda suallar mövcuddur. (azadliq.org)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook