SON XƏBƏR

Universitetlərdə kreativ rüşvət mexanizmi - Plagiat Komissiyası nədir?

May 30
18:49 2022
Azərbaycan dövlət universitetlərində rüşvətin yeni forması ortaya çıxıb. Dilpom işi, magistr dissertasiya işi hazırlayan tələbələr "Plagiat Komissiya”-sının qanunsuz təklifi ilə qarşılaşıb.

Xüsusilə də, bakalavr səviyyəsində təhsil alan gənclərin elmi işlərində 15% plagiat olduğu halda 300 azn, 25% plagiat olduğu halda isə 550 aznə yaxın məbləğ tələb olunur. Bunu tələb edən şəxslər tələbələri inandırmağa çalışırlar ki, bu qanunidir. Maraqlıdır…

Bizim.Media xəbər verir ki, elmi, tədris və ədəbi mətnlərdə plagiatın tapılması, onunla mübarizə və müəllif hüquqlarının qorunması məsələlərinə Müəllif Hüquqları Agentliyinin (MHA), Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) və bəzi institut və universitetlərin nəznində yaradılan ekspert komissiyaları və ya qrupları nəzarət edir.

Elə isə "Plagiat Komissiyası” nədir? Hansı meyarlara görə tələbələrin işi plagiat sayılır? Tələbənin müəyyən bir mənbəyə istinad etməsi niyə plagiat hesab olunur?

Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin mətbuat katibi Kəmalə Namazovaya və Bakı Slavyan Universitetinin mətbuat katibi Zeynəb Kazımovaya sorğu göndərdik. K.Namazova, ümumiyyətlə, sorğumuzu cavabsız qoysa da, Z.Kazımova isə iş günü olmadığını deyərərk, sorğudan yayındı.

Təhsil eksperti Elşən Qafarov isə bildirib ki, biz müəlif hüquqlarının qorunmadığı və yaxud çox zəif qorunduğu ölkələrin birində yaşayırıq.

"Müəllif hüquqlarının qorunması ilə bağlı qanunvericilik bazasını möhkəmləndirmək lazımdır. Plagiatla bağlı məsələlər ictimailəşdirilməlidir, inzibati cəza yox, cinayət cəzası təyin olunmalıdır. Bu tam ayrı mövzunun söhbətidir amma. Çünki hər bir tələbə yazdığı diplom işində və ya hər hansı elmi referatında kimlərəsə istinad edir, mənbı göstərir.

Əgər verilmiş elmi müddəa kiminsə öz adından təqdim edilərsə, bu zaman iş geri qaytarıla və ümumiyyətlə qəbul edilməyə bilər”.

Amma tələbələrin müəyyən yerli və ya xarici mənbəyə istinad etməyə və son olaraq istifadə etdiyi ədəbiyyatda həmin vəsaiti göstərməyə tam haqqı var.

Tələbənin elmi işində plagiat aşkarlandığı təqdirdə isə rəhbərlik tərəfindən xəbərdarlıq edilməli və ya ləğv edilməməlidir. Heç bir halda tələbədən bu məsələ ilə bağlı "məbləğ” tələb oluna bilməz.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook