Valyuta ehtiyastları azalıb: Devalvasiya ola bilərmi?
Mart 05
11:12
2024
"Hesab edirəm ki, may-iyun ayında ölkədə yenidən devalvasiya gözlənilə bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib. Ekspert bunun səbəbini ölkədə valyuta ehtiyyatlarının azalması ilə izah edib:
"Fevral ayında 920 milyona yaxın dollar satılıb. Növbəti aylarda yəqin ki, bu həcm bir qədər də artacaq. Mart-aprel ayında bu bir milyard dolları keçəcək. 2015-ci ildəki devalvasiyanı xatırlayaq. Həmin vaxtı valyuta ehtiyyatları çox ciddi şəkildə azalmağa başladı. Həmin il hökumətin başqa çıxış yolu qalmadı, ona görə də devalvasiyaya getdi. Hesab edirəm ki, qarşıdakı aylarda ölkədə valyuta əriməsi artacaqsa, başqa çıxış yolu qalmayacaq".
Akif Nəsirli bildirib ki, valyuta əriməsi ölkə daxilində istehsalın kəskin şəkildə azalması və onun yerini idxal məhsullarını tutması ilə əlaqədardır:
"Məhsullar ölkəyə dollarla idxal olunur və manatla satılır. Bunun qarşısını almaq, qısa vaxt ərzində ölkəyə idxalın azaldılması mümkün deyil. Bunun üçün daxili istehsal gücləndirilməlidir. Bu da xeyli zaman aparacaq ki, həmin müddətdə ehtiyyatlar tamamiylə tükənə bilər".