"Vaqif Xaçatryan 5 nəfəri məktəbdə diri-diri yandırdı" - Hadisənin şahidi
Oktyabr 18
12:48
2023
Yasamal Rayon Məhkəməsində Xocalının Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən erməni Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə prosesində zərərçəkmiş Fazil Hacıyev dindirilib.
Fazil Hacıyev Xaçatryanın insanları diri-diri yandırdığını deyib: "Meşəli kəndinə divan tutan ən vəhşi insan Vaqif Xaçatryan idi. O, onlarla adamı diri-diri yandırıb.
Zərərçəkmiş həmçinin bildirib ki, Vaqif Xaçatryan Xocalıya gedən təcili yardımda olan xəstəni də öldürüb.
Dekabrın 23-də kəndi atəşə tutdular. Məktəbdə 5 nəfəri otağa yığıb diri-diri yandırdı. Bu mənim gözümün önündə baş verdi. Küçədə neçə nəfəri yandırdılar. Küllərini yığıb təxmini adlandırdıq, bilmədik kimin meyitidir".