SON XƏBƏR

“Vaqner”in Afrika Korpusu yaradılır – Rusiya 20 min hərbçi axtarışına çıxıb

Yanvar 30
15:37 2024
Rusiya Afrikada öz təsirini genişləndirmək istəyir və bütün qitədə fəaliyyət göstərə bilməsi üçün "Vaqner” PMC-yə muzdlu hərbçilər toplamağa çalışır.

"AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-nin "Bloomberg” nəşrində yayımlanan məqalədə bildirilir.

Məlumata görə, "Vaqner”in Afrika Korpusu Rusiya Müdafiə Nazirliyinin nəzarətində olan bazalar şəbəkəsi vasitəsilə Moskvanın bölgədəki hərbi mövcudluğunu gücləndirəcək. Bu, həmçinin Kremlə Afrikadakı biznes şəbəkəsinə, o cümlədən böyük gəlirli mədən müəssisələrinə nəzarət etməyə imkan verəcək.

Qeyd olunur ki, ilin ortalarına qədər "Vaqner”in keçmiş döyüşçülərini Afrika Korpuna cəlb etmək planlaşdırılır. Hərbçilərin Rusiyaya dost olan beş ölkəyə - Burkina Faso, Liviya, Mali, Mərkəzi Afrika Respublikası və Nigerə göndəriləcəkləri qeyd olunur.

Rusiya Müdafiə Nazirliyinə yaxın bir şəxsin sözlərinə görə, qruplaşmaya 20 min muzdlunun cəlb edilməsi planlaşdırılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook