SON XƏBƏR

“Vaqner”in komandiri Ukraynada öldürüldü

Sentyabr 30
00:10 2022
Ukraynada "Vaqner”in komandiri, 41 yaşlı Aleksey Naqin öldürülüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "RBC-Ukrayna” "InformNapalm” könüllü araşdırma icmasına istinadən məlumat yayıb.

"Telegram" kanalında bir sıra informasiya resurslarına istinadən yazdıqları kimi, sentyabrın 20-də Baxmut yaxınlığında "Vaqner” özəl hərbi şirkətin həmlə dəstəsinin 41 yaşlı komandiri, "Terek” ləqəbli Aleksey Naqin öldürülüb.

"İnformNapalm”ın məlumatına görə, Nagin Çeçenistan, Gürcüstan, Donbass, Suriya və Liviyada hərbi əməliyyatların "veteranı” olub.
"Xidmətlərinə" görə üç cəsarət ordeni, "Vaqner" qəhrəmanının platin ulduzu, "İgidliyə görə" və "Krımın müdafiəsinə görə" medalları ilə təltif edilmişdir. Həmçinin Naqin Rusiya qondarma "DXR” və "LXR”in qəhrəmanı adı ilə "təltif edilib”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook