“Vaqonların hazır olmaması texnoloji problemlə bağlı deyil” - AÇIQLAMA
Yanvar 03
16:25
2019
"Bakı-Tbilisi-Qars" dəmiryolu xəttinin istifadəyə verilməsindən bir ildən artıq müddət keçməsinə baxmayaraq, bu xətt üzrə sərnişindaşımanın reallaşması müxtəlif səbəblərdən gecikməkdədir.
Xatırladaq ki, "Bakı-Tbilisi-Qars" dəmiryolu xəttinin rəsmi açılış mərasimi 2017-ci il oktyabr 30-da baş tutub. Bu, xətt üzrə sərnişinlərin daşınması isə 2018-ci ilin birinci yarısının sonu üçün nəzərdə tutulurdu. Amma 2018-ci ilin birinci yarısı deyil, bütövlükdə il başa çatdı. Sərnişindaşınmaya isə başlanmadı. Verilən rəsmi açıqlamalardan məlum olur ki, layihənin reallaşması bir neçə ay çəkəcək.
"Biz vaqonları sifariş etmişik, İsveçrənin "Stadler" zavodu isə istehsal edib. Vaqonların hazırlanması gecikir. Ona görə də biz "Bakı-Tbilisi-Qars" sərnişin qatarını istifadəyə verə bilmirik. Fevralın sonu martda qatarlar təhvil veriləcək. Verilən kimi "Bakı-Tbilisi-Qars" sərnişin qatarı işə salınacaq".
İqtisadçı Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında qeyd edib ki, "Bakı-Tbilisi-Qars" layihəsi əslində 2012-2013-cü illərdə hazır olmalı idi:
"Gürcüstan və Türkiyə ərazisində işlərin ləng getməsi işləri kifayyət qədər ləngidib. Gürcüstan və Azərbaycandakı relslərin eni ilə Türkiyədəki relslərin eni arasında fərq olması, sərhəddə təkərlərin dəyişilməsi üçün xüsusi stansiya tikilməsini zəruri etdi. Vaqon təkərlərinin dəyişilməsi stansiyaları da gec quruldu. Layihənin gecikməsi üçün növbəti səbəbin üzə çıxması da təccüblü deyil. Amma məhz vaqonların hazır olmaması səbəbindən gecikmənin olması təəssüf doğurur”.
N.Cəfərli deyir ki, vaqonların hazır olmaması hansısa, texnoloji problemlə bağlı deyil:
"Vaqonları vaxtında sifariş etmək və tam hazır vəziyyətə gətirmək mümkün idi. Bu vəziyyətin yaranması müxtəlif suallar yaradır ki, sifariş vaxtında olmayıb, yoxsa sifarişi götürənlər vaxtında bunu yerinə yetirə bilməyiblər. Hörmətli Cavid müəllim, bu məsələlərə aydınlıq gətirməlidir. Çünki dövlət büdcəsindən bu layihə üçün böyük miqdarda vəsait ayrılıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanov bildirib ki, "Bakı-Tbilisi-Qars" üçün bu il fevralın sonu martın əvvəlində sərnişin qatarları təhvil veriləcək:
"Biz vaqonları sifariş etmişik, İsveçrənin "Stadler" zavodu isə istehsal edib. Vaqonların hazırlanması gecikir. Ona görə də biz "Bakı-Tbilisi-Qars" sərnişin qatarını istifadəyə verə bilmirik. Fevralın sonu martda qatarlar təhvil veriləcək. Verilən kimi "Bakı-Tbilisi-Qars" sərnişin qatarı işə salınacaq".
İqtisadçı Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında qeyd edib ki, "Bakı-Tbilisi-Qars" layihəsi əslində 2012-2013-cü illərdə hazır olmalı idi:
"Gürcüstan və Türkiyə ərazisində işlərin ləng getməsi işləri kifayyət qədər ləngidib. Gürcüstan və Azərbaycandakı relslərin eni ilə Türkiyədəki relslərin eni arasında fərq olması, sərhəddə təkərlərin dəyişilməsi üçün xüsusi stansiya tikilməsini zəruri etdi. Vaqon təkərlərinin dəyişilməsi stansiyaları da gec quruldu. Layihənin gecikməsi üçün növbəti səbəbin üzə çıxması da təccüblü deyil. Amma məhz vaqonların hazır olmaması səbəbindən gecikmənin olması təəssüf doğurur”.
N.Cəfərli deyir ki, vaqonların hazır olmaması hansısa, texnoloji problemlə bağlı deyil:
"Vaqonları vaxtında sifariş etmək və tam hazır vəziyyətə gətirmək mümkün idi. Bu vəziyyətin yaranması müxtəlif suallar yaradır ki, sifariş vaxtında olmayıb, yoxsa sifarişi götürənlər vaxtında bunu yerinə yetirə bilməyiblər. Hörmətli Cavid müəllim, bu məsələlərə aydınlıq gətirməlidir. Çünki dövlət büdcəsindən bu layihə üçün böyük miqdarda vəsait ayrılıb.
Yolun istifadəyə verilməsinin gecikdirilməsinin layihəyə qoyulan vəsaitin geridönüşünün vaxtını da uzadır. Azərbaycan yolun əsas sponsorudur. Bu vaxtadək dollar ekvavalenti ilə götürülsə, 1 milyard dollara qədər vəsait xərclənib. Yol nə qədər tez işə düşsə, sərnişindaşımanın intensivliyi artsa, Azərbaycanın investitsiyalarının geridönüşü tezləşər. Gecikmələr Azərbaycana ziyan vurur”.
(Mənbə: Cebhe.info)
Qlobal.az