SON XƏBƏR

"Varlı Qadın" Naxçıvan səhnəsində

Yanvar 29
20:50 2016
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı yaxın günlərdə tanınmış dramaturq Əli Əmirlinin ikihissəli "Varlı qadın” komediyasını teatrsevərlərə təqdim edəcəkdir.
 
Qeyd edək ki, bu, Əli Əmirlinin Naxçıvan teatrında tamaşaya qoyulan ikinci səhnə əsəridir. Yeni tamaşanın quruluşçu rejissoru Tofiq Seyidov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar artisti Mübariz Əsgərovdur. Qeyd edək ki, "Varlı qadın” komediyası ölkəmizin və xarici dövlətlərin bir neçə teatrında oynanılmışdır.
 
"Varlı qadın” komediyasında hadisələr keçən əsrin doxsanıncı illərində Azərbaycanda cərəyan edir. Varlanmaq həvəsi ilə yaşayan ailənin komik situasiyalara düşməsi tamaşaçını düşündürmək, nəticə çıxarmaq səviyyəsindədir.
 
Tamaşada Azərbaycan Respublikasının Əməkdar artisti Bəhruz Haqverdiyev (Sarı), Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Günay Qurbanova (Həvva Zərlinskaya), Vüsal Rzayev (Dilənçi) rol almışlar.
 
Gənc aktyor və aktrisalardan Nurbəniz Niftəliyeva, Elnur Rzayev, Anar Eyvazov, Səyyad Məmmədov, Fidan Qasımova, Bünyat Səttarlı da tamaşada maraqlı personaj və obrazları canlandıracaqlar.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook