SON XƏBƏR

Vaşinqton İrəvanın Qarabağla bağlı iddialarını təsdiqləməyib

Oktyabr 03
09:38 2023
ABŞ-nin Dövlət Departamenti Ermənistanın guya Qarabağda "etnik təmizləmə”nin olmasına dair iddialarını təsdiqləməyib.

"Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib.

Onun sözlərinə görə, ABŞ "etnik təmizləmə və soyqırımı kimi iddialara çox ciddi yanaşır”:

"Lakin, həmişə olduğu kimi, soyqırımı və etnik təmizləmə məsələlərində nəticə çıxarmaq sübutlara söykənən dolğun proses tələb edir. Hazırda bununla bağlı hər hansı nəticəyə vara bilməyəcəyəm”.

Miller həmçinin diqqətə çatdırıb ki, Vaşinqton BMT missiyasının regiona səfər etməsini təqdirəlayiq hesab edir. Eyni zamanda, sözçü xarici siyasət idarəsinin Bakı və İrəvanı sülh danışıqlarına qayıtmağa təşviq etdiyini vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook