"Vasitəçilərin səmərəsizliyi Bakı ilə danışıqlardan imtina etmək üçün əsas deyil" - Paşinyan
May 07
17:03
2024
Vasitəçilərin səmərəsizliyi Azərbaycanla danışıqlardan imtina etmək üçün əsas deyil.
"Report” "Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
"Biz vasitəçiliyi avtomatik rədd etmirik. Amma elə vasitəçilik var ki, zaman keçdikcə effektiv olmadığını göstərir, bizim üçün problemlər yaradır”, - o vurğulayıb.
Baş nazirin fikrincə, vasitəçilər vasitəsilə danışıqlar nədənsə yaxşı getmirsə, bu, danışıqlardan imtina etmək anlamına gəlmir.