SON XƏBƏR

Vaxtanq Kikabidze dünyasını dəyişdi

Yanvar 15
15:26 2023
Gürcüstanın Xalq artisti, tanınmış aktyor və müğənni Vaxtanq Kikabidze vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Gürcüstanın "Mtavari Arxi" televiziyası məlumat yayıb. Aktyor 84 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Vaxtanq Kikabidze 1938-ci ilin 19 iyulunda Tiflis şəhərində anadan olub. 1961-ci ildə Tiflis Xarici Dillər İnstitutuna daxil olub və paralel olaraq aktyorluq və müğənnilik karyerasını davam etdirib. 1959-cu ildə Tiflis filarmoniyasına işə düzəlir, solist kimi qastrollara gedir. Dostları ilə birlikdə əvvəlcə "Velo”, sonra isə "Orero” qrupunu yaradaraq gürcü, rus, italyan və ingilis dillərində mahnılarla konsertlər verir. Onun kinodakı ilk debütü 1966-cı ildə "Dağlarda görüş" filmindən başlayır.

Aktyor bir sıra kinolarda çəkilsə də, ona əsl şöhrəti 1977-ci ildə Georgi Daneliyanın "Mimino" filmindəki baş rolu gətirib. Bu filmə görə o, SSRİ Dövlət Mükafatına layiq görülüb.

Vaxtanq Kikabidze həmçinin populyar estrada müğənnisi kimi də şöhrət tapıb. 2018-ci ilin yanvarında Qəbələ XII Beynəlxalq "Veselo" Yumor və Musiqi Festivalı çərçivəsində Vaxtanq Kikabidzenin solo konserti keçirilib.

Gürcüstan SSR Xalq artisti (1980), Ukraynanın Əməkdar artisti (2013), SSRİ Dövlət mükafatı (1978) və Gürcüstan Dövlət mükafatı laureatı (2013) olan sənətçi 2020-ci ildən 7-ci çağırış Gürcüstan parlamentinin fəal deputatı olub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook