SON XƏBƏR

Vədinə əməl etməyən meri maşına bağlayıb sürüdülər

Oktyabr 09
10:16 2019
Meksikanın Çiapas əyalətindəki Las Marqaritas bələdiyyəsinin başçısı Xorxe Eskandonanı iplə bir pikapa bağlayaraq küçələrdə sürüyüblər.

Qaynarinfo xəbər verir ki, bu haqda "El universal” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, merin cəzalanandırılmasına səbəb onun yolların təmiriylə bağlı çoxsaylı xahişləri nəzərə almaması, vəd verib yerinə yetirməməsi olub. 

Las Marqaritas bölgəsində polislə toqquşma zamanı ən azı 11 nəfər yaralanıb, 30-a yaxın kəndli saxlanılıb. Bələdiyyə başçısına tibbi yardım göstərilib.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook