SON XƏBƏR

Vəliyevlərin biznes imperiyası süqut edir?

İyun 30
02:40 2023
Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşı, iş adamı kimi tanınan Şahmar Vəliyevə məxsus 3 iri müəssisə fəaliyyətini dayandırır.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumatla araşdırmaçı-jurnalist Hafiz Babalı çıxış edib. Onun yazdığına görə, bu müəssisələr Yevlax və Mingəçevirdə yerləşir.

Həmin müəssisələrin bağlanmasına dair elanlar dünən dərc olunub.
Birinci elan: "Yevlax Kənd Təchizat” ASC (VÖEN 2200077471) bildirir ki, cəmiyyətin səhmdarlarının ümumi yığıncağının iclası 11 avqust 2023-cü il tarixə saat 09:30 təyin olunmuşdur. Ümumi yığıncağın iclasında gündəliyə çıxarılacaq məsələlər aşağıdakılardır: 1. "Yevlax Kənd Təchizat” ASC-nin ləğv edilməsi barədə cəmiyyətin səhmdarı Vəliyev Şahmar Rüstəm oğlunun ərizəsinin müzakirə edilərək, ərizənin təmin edilib-edilməməsi barədə qərar qəbul edilməsi;

İkinci elan: "Yevlax-Mərkəzi Bazar” ASC (VÖEN 2200069371) bildirir ki, səhmdarlarının ümumi yığıncağının iclası 10 avqust 2023-cü il tarixə saat 14:00 təyin olunmuşdur. Ümumi yığıncağın iclasında gündəliyə çıxarılacaq məsələlər aşağıdakılardır: 1. "Yevlax-Mərkəzi Bazar” ASC-nin ləğv edilməsi barədə cəmiyyətin səhmdarı Vəliyev Şahmar Rüstəm oğlunun ərizəsinin müzakirə edilərək, ərizənin təmin edilib-edilməməsi barədə qərar qəbul edilməsi;

Üçüncü elan: "Mingəçevir Maşın Təmir” ASC (VÖEN 2700235941) bildirir ki, cəmiyyətin səhmdarlarının ümumi yığıncağının iclası 10 avqust 2023-cü il tarixə saat 10:00 təyin olunmuşdur. Ümumi yığıncağın iclasında gündəliyə çıxarılacaq məsələlər aşağıdakılardır: 1. "Mingəçevir Maşın Təmir” ASC-nin ləğv edilməsi barədə cəmiyyətin səhmdarı Vəliyev Şahmar Rüstəm oğlunun ərizəsinin müzakirə edilərək, ərizənin təmin edilib-edilməməsi barədə qərar qəbul edilməsi.

Qeyd edək ki, bu 3 şirkətdən başqa Şahmar Vəlyevin Azərbaycanda digər şirkətləri də var. Ş.Vəliyev "Azneftemaş” ASC-nin, onun oğlu Ruslan Vəliyev aktivləri 10 milyon dollar həcmində dəyərləndirilən "Bakı Mexanikləşdirmə-1” ASC-nin əsas səhmdarıdır. Bundan başqa, R.Vəliyev daha bir neçə şirkəti də nəzarətdə saxlayır. Dövlət reyestr məlumatlarına əsasən, bunlar 2006-cı ildə yaradılan "R. Avadanlıq və Material Ehtiyatları” ASC, "İndependent” MMC (2001-ci il), "Bakı Mexanikləşdirmə-1” Mənzil Tikinti Kooperatividir.

Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook