Venesuela ordusu bəyanat yaydı:“Bizə sırınan Quaidonu prezident kimi tanımırıq“
Yanvar 24
12:12
2019
Venesuela ordusu ölkə parlamentinin spikeri Xuan Quaidonu prezident kimi tanımır.
Bunu ölkənin müdafiə naziri Vladimir Padrino Lopes deyib.
"Biz, Vətən əsgərləri, qaranlıq maraqların kölgəsində bizə sırınan və qanundan kənar elan edilən prezidenti qəbul etmirik. Milli bolivarian silahlı qüvvələri konstitusiyanı müdafiə edir və milli suverenliyi təmin edir”, – deyə o, "Twitter”də yazıb.
Xatırladaq ki, Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaydo özünü prezident vəzifələrinin icraçısı elan edib. Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb/Report.