SON XƏBƏR

Venesuelalı nazir: "Neft hasilatı ilə bağlı Azərbaycanla aktiv danışıqlar aparırıq"

Oktyabr 05
10:08 2016
OPEC üzvlərinin Əlcəzairdə keçirilən görüşdə sutkalıq neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi formal razılıq rəsmiləşərsə, bu, qiymətlərə ciddi şəkildə təsir edə bilər. 

"APA-Economics" xəbər verir ki, bunu Venesuelanın neft naziri Eulohio del Pino deyib.
 
O yekun qərarın OPEC-in noyabrın 30-da Vyanada keçirəcəyi görüşdə veriləcəyini xatırladıb. "Əgər bu qərar rəsmiləşərsə, neftin qiyməti stabilləşə bilər. Düşünürəm ki, qiymətlər sentyabr ayının orta qiymətindən 10-16 dollar yüksək olacaq", - deyə nazir qeyd edib.
 
Del Pino bildirib ki, OPEC sutkalıq hasilatı 0,7 mln. barrel azalda bilər. "OPEC və kartelə üzv olmayan ölkələr arasında əldə olunacaq razılığa əsasən, təklif əlavə olaraq 0,5 mln. barrel azal bilər. Hasilatın stabilləşdirilməsi istiqamətində hazırda Oman, Rusiya və Azərbaycanla aktiv danışıqlar aparılır", - deyə o əlavə edib.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook