Vergi dəyişiklikləri şəhid ailəsi və qazilərimizin həyat şəraitinə necə təsir edəcək?
Dekabr 06
15:49
2021
Azərbaycan Respublikası Milli Məclisinin 3 dekabr tarixili iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün yeni vergi güzəştləri müəyyənləşib. Eyni zamanda Vətən müharibəsi şəhidləri ilə bərabər, Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan qazanc gəlir vergisindən azad edilib.
Bəs, bu dəyişikliklər onların həyat şəraitinə necə təsir edəcək?
Milli Məclisin deputatı Vüqar Bayramov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərdə əsas məqsədlərdən biri məhz şəhid ailələri və qazilərin sosial təminatının gücləndirilməsi ilə bağlıdır:
"Nəzərə alsaq ki, həm şəhid ailələri, eləcə də qazilərimizə edilən yardımın 20 min manata qədər olan hissəsi vergidən azad olunur. 20 min manata qədər olan məbləğ vergiyə cəlb olunmur.
Eyni zamanda digər mühüm güzəştlərdən biri bank kreditlərinin silinməsi nəticəsində yaranan gəlirlərin vergidən azad edilməsi ilə bağlıdır. Çünki bu da uzun müddət müzakirə olunan məsələlərdən biri idi. Bunun əsas mahiyyəti odur ki, Banklar Assosiasiyası ölkə rəhbərliyinin göstəriş və tövsiyələrinə uyğun olaraq Vətən müharibəsində şəhid olmuş vətəndaşlarımızın kredit borcunun silinməsi ilə bağlı kommersiya banklarına müraciət etdi və həmin borclar kommersiya bankları tərəfindən silindi. Amma bu borcların silinməsi həm də kredit alınıb geri qaytarılmadığı üçün dolayı bir gəlir yaradırdı. Vergi fəlsəfəsinə görə də həmin gəlirin vergiyə cəlb edilməsi müzakirə olunurdu”.
Vüqar Bayramov hesab edir ki, bu dəyişiklik həmin gəlirlərin məbləğindən asılı olmayaraq vergiyə cəlb olunmamasına imkan verəcək:
"Bu da artıq kredit borcu bağlanan, silinən zaman vergiyə hər hansı bir formada cəlb olunma baş verməyəcək. Eyni zamanda bəzi banklar tərəfindən də qazilərimizin kredit borcunun silinməsi ilə bağlı da qərar qəbul olundu ki, bu qaydalar da qazilərimizə şamil olunacaq. Praktik olaraq statistika göstərir ki, Vətən müharibəsində həlak olmuş və krediti olan şəhidlərimizin hamısının kredtit borcu silinib”.
Deputat qazilərimizlə də bağlı kredit borcunun silinməsi faktlarının olduğunu deyib:
"Praktik olaraq gələcəkdə kommersiya bankları tərəfindən belə bir addımların atılması mümkündür. Bu da ondan xəbər verir ki, gələcəkdə də belə halda vergiyə cəlb olunma həyata keçirilməyəcək”.