Vergi orqanlarına müraciətlərin 72,4 faizi müsbət həllini tapıb
May 23
08:03
2016
Bu ilin aprel ayında vergi orqanlarına 8 min 450 müraciət daxil olub. Onlardan 97,3 faizi ərizə, 2,5 faizi şikayət, 0,2 faizi təklifdir.
Qlobal.az Vergiler.az saytına istinadla xəbər verir ki, müraciətlərin 53 faizi müxtəlif arayışların alınması, 21,2 faizi kameral vergi yoxlamaları, 6,7 faizi vergi borcları, 1,7 faizi səyyar vergi yoxlamaları, 1,8 faizi vergidən yayınma və dividentlərin verilməsi, 0,8 faizi operativ vergi nəzarəti (o cümlədən nağd hesablaşmaların aparılması qaydalarının pozulması), 0,5 faizi vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,3 faizi qanunsuz sahibkarlıq fəaliyyəti, 0,1 faizi korrupsiya hüquqpozmaları, 13,9 faizi digər məsələlərlə bağlıdır.
Bütün müraciətlərə vaxtında baxılıb, onların 72,4 faizi müsbət həll olunub.
Ay ərzində vergi orqanlarına daxil olmuş şikayətlərin sayı ötən ilin aprel ayı ilə müqayisədə 32,9 faiz azalıb.
Vergi orqanları tərəfindən ümumilikdə 364 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.
Qlobal.az