SON XƏBƏR

Vergi sistemində dəyişikliklər olacaq

İyul 26
15:14 2016
Bu ilin ilk yarısında Azərbaycanın neft sektorundan vergi daxilolmaları 33,6% azalıb. Bunu jurnalistlərlə keçirilən görüşdə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, qeyri-neft sektorunda vergi daxilolmaları artıb: "Neft sektorundan fərqli olaraq, qeyri-neft sektorundan daxilolmalar 9,4% artıb”.
 
Bununla yanaşı, bildirilib ki, bu ilin ilk yarısında neft sektorundan büdcə daxilolmaları 21,8%, qeyri-neft sektoru isə 78,2% olub.
 
Nazir müavini vergi sistemində yeni dəyişiklər olacağının da mesajını verib: "Payızda vergi sistemində böyük dəyişikliklər olacaq və yanvarın 1-dən qüvvəyə minəcək”. (Report)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook