Vergidə aparılan mühüm islahatlar – Sərəncam
Avqust 05
10:54
2016
Prezident İlham Əliyev avqustun 4-də "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Sərəncam imzalayıb.
Bəs, bu sənəddə nələr nəzərdə tutulub və vergi sistemində hansı islahatlar aparılacaq?
Məsələni Axar.az-a iqtisadçı alim Vüqar Bayramov şərh edib. Ekspert sözügedən sərəncamın vergi sisteminin beynəlxalq praktikaya tam uyğunlaşmasına şərait yaradacağını deyib:
"Bu sənəddə bizim uzun müddət müzakirə etdiyimiz və eləcə də mənim bu ilin fevral ayında təşkil edilən V Vergi Forumunda qeyd etdiyim xeyli məsələlər öz əksini tapıb. Sənəddə nəzərdə tutulan fəaliyyətlərin reallaşması vergi yükünün ciddi şəkildə azalmasına səbəb olacaq. Bu sərəncam vergi dərəcələrinin optimallaşdırılması baxımdan olduqca mütərəqqi sənəd hesab edilə bilər”.
İqtisadçı eyni zamanda, konkret sənəd üzrə bəndlərin izahlarını da verib:
"1. Qanunvericiliyin tələblərinə əməl edilməklə, vergi ödəyicilərinin optimal gəlirliliyini təmin etmək və investisiya mühitini daha da yaxşılaşdırmaq məqsədilə vergi yükünün azaldılması və inzibatçılığın yüngülləşdirilməsi.
- Bu, bir sıra vergi dərəcələrinin aşağı salınması, bəzi vergi növlərinin ləğv edilməsi, o cümlədən vergi nəzarətinin sadələşdirilməsi və xüsusən də elektron audit sisteminin tətbiqi formasında öz əksini tapa bilər.
2. Kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin əlavə dəyər vergisi üzrə vergitutma obyekti malların satış qiyməti ilə mal göndərənlərə ödənilən qiymət arasındakı fərq (ticarət əlavəsi) hesab edilərək, verginin həmin məbləğdən hesablanması ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi.
- Vergi Məcəlləsinə əsasən, ƏDV növü üzrə vergitutma obyekti kimi malların satışı, istehsal və qeyri-istehsal xarakterli xidmətlərin dəyəri əsas götürülür. Bu, vergi istehsal və tədavül prossesinin hər bir mərhələsində alğı və satqı arasındakı fərqdən ödənilən vergi kimi çıxış edir. Yeni qaydalara əsasən, pərakəndə ticarətdə ƏDV üzrə vergi tutma obyekti ticarət əlavəsi olacaq ki, bu isə sözügedən fəaliyyət növü üzrə çalışanların gəlirlərini stimuallaşdıracaq. Bu zaman pərakəndə satış ilə məşğul olanlar, o cümlədən supermarketlər daha az vergi ödəyəcəklər.
3. Topdan və pərakəndə ticarətlə məşğul olan vergi ödəyicilərini fərqləndirən meyarların müəyyən edilməsi.
- Bu, topdan və pərakəndə ticarətlə məşğul olan vergi ödəyiciləri üçün daha konkret meyar və ya sərhədlərin müəyyənləşdirilməsi və bu kontekstdən topdan və pərakəndə satış ilə məşğul olanlar üçün fərqli vergi yüklərinin müəyyənləşdirilməsinə səbəb ola bilər. Bu zaman bu ticarət növləri üzrə fərqli vergi güzəştləri tətbiq edilə bilər.
4. Azərbaycanı turistlər üçün cəlbedici ölkəyə çevirmək və bütövlükdə turizm sektorunu inkişaf etdirmək məqsədilə ölkə ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması – "Tax free” sisteminin hava limanından başqa, digər sərhəd buraxılış məntəqələrində də tətbiq olunması.
- Ölkəyə gələn və "Tax free” tətbiq edilən mağazalarda alış-veriş edən turistlər ölkəni tərk edən zaman ƏDV-ni yalnız hava limanında deyil, digər sərhəd-buraxılış məntəqələrində də geri ala biləcəklər. Bu zaman turist ödədiyi 18 faiz ƏDV-ni nağd şəkildə geri ala biləcək. Bu isə hər 1000 dollarlıq mal alan turistə 180 dolların geri qaytarılması deməkdir.
5. Beynəlxalq təcrübə nəzərə alınmaqla, diferensiallaşdırılmış əlavə dəyər vergisi dərəcələri tətbiq edilməli olan malların (işlərin, xidmətlərin) siyahısı və həmin mallar (işlər, xidmətlər) üzrə əlavə dəyər vergisinin dərəcələrinin müəyyən edilməsi.
- ƏDV-nin vahid dərəcəsi ləğv edilir və sektordan asılı olaraq fərqli dərəcələr tətbiq edilir. Bu təklifi uzun müddətdir ki, gündəmdə saxlamağa çalışırdım. Differensial ƏDV dərəcələrinin tətbiqi olduqca vacibdir. Bu prioritet sektorların inkişafını stimuallaşdıracaq. Məsələn, differensial vergi sistemi tətbiq ediləndən sonra turizm sektorunda 2 dəfə az, yəni 9 faiz ƏDV tətbiq edilə bilər. Sektorların siyahısı və differensial dərəcələr 3 ay müddətində dəqiqləşdiriləcək.
6. Vergi ödəyiciləri ilə vergi orqanları arasında əməkdaşlıq münasibətlərini daha təkmil müstəviyə gətirmək, vergi öhdəliklərini daha dəqiq müəyyən etmək və proqnozlaşdırmaq üçün beynəlxalq təcrübədə geniş tətbiq olunan "vergi öhdəliklərinin hüquqi nəticələr doğurmazdan əvvəl vergi orqanları ilə razılaşdırılması” (Advance tax ruling) qaydasının müəyyən edilməsi.
- "An advance tax ruling” inkişaf etmiş ölkələrdə istər fərdi vergi ödəyiciləri, istərsə də iri şirkətlər üçün vergiqoyma ilə bağlı konkret öhdəliklərin və razılaşmalarının müzakirəsi və təsdiqi kimi geniş istifadə edilən alətlərdəndir. Bu zaman vergi ödəyicilərininn müraciəti əsasında vergi qurumları qanunuvericilikdə olan istənilən istiqamət ilə bağlı yazılı izahatlar hazırlayıb, təqdim edirlər. Bu baxımdan da burada məqsəd vergi orqanları ilə vergi ödəyicilərinin münasibətlərini təkmilləşdirməkdən ibarətdir.
7. Kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılması (müəyyən edilməlidir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz).
- Bu, o deməkdir ki, vergi orqanları kameral yoxlamaları yalnız vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün ərzində apara bilərlər. Məsələn, sahibkar vergi bəyannaməsini təqdim edibsə və növbəti 30 gün ərzində vergi orqanları həmin sahibkarlıq subyektində kameral yoxlama aparmayıblarsa, daha sonra onların həmin sahibkar ilə bağlı sözügedən yoxlamanı aparmaq hüququ yoxdur.
8. Vergidən yayınma hallarının qarşısını almaq məqsədilə beynəlxalq təcrübədə geniş tətbiq olunan ictimai məlumatlandırma ("Whistleblow”) mexanizminin hazırlanması.
- Whistleblower dünya praktikasında daxili və kənar metodlara ayrılır. Burada məqsəd vergidən yayınma ilə bağlı halları daxili mənbələr hesabına aşkar etməkdən ibarətdir. Bu zamanda belə halların mətbuat vasitəsi ilə ictimailləşdirilməsi formasından daha çox istifadə edilir.
9. Vergi ödəyicilərinin vergi risklərini minimuma endirmək və vergidən yayınma hallarının qarşısını almaq məqsədilə beynəlxalq təcrübədə geniş tətbiq olunan "Könüllü vergi açıqlaması” ("Voluntary tax disclosure”) sisteminin tətbiqi və təşviqi mexanizminin hazırlanması.
- Bu, ABŞ-da bir akt kimi qəbul edilib. Bu zaman müxtəlif vergi ödəyiciləri ilə könüllü vergi açıqlaması anlaşması imzalana bilir. Bu, xüsusən də fərdi vergi ödəyicilərinin könüllü vergi açıqlamasından istifadə edərək öz hesabatlarının könüllük əsasında təqdimatına imkan verəcək.
10. Ölkə iqtisadiyyatında şəffaflığı artırmaq, maliyyə intizamını gücləndirmək və vergitutma bazasını genişləndirmək məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması.
- Bu, dəfələrlə təklif etdiyim və eləcə də sonuncu Vergi Forumunda səsləndirdiyim təklifdir. Bu zaman bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi nağd ödənişlər məhdudlaşdırılır. Məsələn, alınan malın dəyəri 500 manatdan çoxdursa, o yalnız nağdsız şəkildə satıla bilər. Nağd ödənişlər üzrə maksimum məbləğ də 3 ay müddətində elan ediləcək. Eyni zamanda, nağdsız, yəni plastik kartından istifadə etməklə ödəniş edən vətəndaş hər rübün sonunda xərclədiyi pulun 3 faizini bonus şəkilində geri alması məqsədəuyğundur. Məsələn, istehlakçı 3 ay müddətində plastik kartından istifadə etməklə1000 manat xərcləyibsə, onun 30 manatı rübün sonunda bonus formasında onun hesabına yatırıla bilər. Bu istiqamətdə konkret meyarlar da yaxın zamanlarda müəyyənləşdiriləcək.
11.Beynəlxalq təcrübə nəzərə alınmaqla, vergi ödəyiciləri tərəfindən xərclərin süni şəkildə artırılması (transfer qiymətləndirmə) hallarını aradan qaldırmaq məqsədilə qanunvericilik bazasının yaradılması.
- Burada məqsəd vergi ödəyiciləri xərclərin süni şəkildə böyüdərək vergidən yayınmanın qarşısının alınması üçün fəaliyyətlərin həyata keçirilməsidir.
12. Beynəlxalq təcrübə nəzərə alınmaqla, nağd pul hesablaşmaları nəzarət-kassa aparatları tətbiq edilmədən həyata keçirilən fəaliyyət sahələrinin dairəsinin dəqiq müəyyənləşdirilməsi və nəzarət-kassa aparatları tətbiq etmədən fəaliyyət göstərən fiziki şəxslərin vergi öhdəliklərinin aylıq sabit vergi formasında müəyyən edilməsi.
- Bu konkret fəaliyyət növləri üzrə dövriyyəsindən asılı olmayaraq konkret vergi məbləğinin müəyyənləşdirilməsidir. Bir sıra MDB ölkələrində bu fəaliyyət sahələrini sayı hətta 40-a çatır. Məsələn, çəkməçi və ya səyyar pərakəndə ticarət ilə məşğul olanlara dövriyyəsindən asılı olmayaraq konkret vergi məbləği müəyyənləşdirilə bilər. Tutaq ki, onların dövriyyəsinin nə qədər olmasından asılı olmayaraq, ayda 30 manat vergi ödəmələri tətbiq edilə bilər.
13. Vergi ödəyicilərinin fəaliyyətini səmərəli təşkil etmək və inzibati xərclərini azaltmaq məqsədilə dövlət orqanlarına verilən hesabatların sadələşdirilməklə elektron qaydada vahid mərkəzdən paylanması üçün beynəlxalq təcrübədə geniş tətbiq olunan "Vahid hesabat standartı” (Common Reporting Standard) sisteminin tətbiq olunması mexanizminin hazırlanması.
- Bu sistem dünya praktikasında həmçinin The Standard for Automatic Exchange of Financial Account Information kimi də təqdim edilir və hesabatların vahid mərkəzdə elektron olaraq paylaşdırılmasına imkan yaradır. Bununla bağlı olaraq 2014-ci ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Böyük İyirmiliyin (G20) sorğusuna əsasən, xüsusi standardlar da təsdiq edib. Yeni qaydalar tətbiq edilən zaman həmin sənədə istinad ediləcəyi güman edilir. Bu nəticə etibarı ilə vergi ödəyiciləri üçün inzibati xərclərin də azalmasına səbəb olacaq.
14. Azərbaycanla digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı qaydalarının sadələşdirilməsi.
- Bu, daha sadə və aydın şərtlərlə Azərbaycanla digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin icrasının təşkili deməkdir.
15. Şəffaflığı artırmaq və vergitutma bazasını genişləndirmək üçün beynəlxalq təcrübədə geniş tətbiq olunan "rəqəmsal iqtisadiyyatın” (digital economy) vergiyə cəlb edilməsi.
- Bu rəqəmsal iqtisadiyyat və ya sahibkarlıq məşğul olanların vergiya cəlb edilməsi deməkdir.
16. Vergi ödəyiciləri tərəfindən aparılan əməliyyatlarda elektron qaimə-faktura sisteminin tətbiqi.
- Elektron qaimə-faktura sisteminin tətbiqi vergi sistemində elektronlaşmasının tərkib hissəsi olacaq. Bu vergi ödəyicilərinin qaimə-faktura təqdiminin sadələşdirilməsinə və onun electron formada aparılmasına imkan yaradacaq.
17. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq edilən vergi güzəştlərinin əhatə dairəsini dəqiq müəyyənləşdirmək məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə sərhədlərin müəyyən edilməsi.
- Bu vergi güzəştlərinin tətbiqi üçün kənd təsərrüfatı məhsullarının istehsalı ilə emalının fərqləndirilməsi deməkdir. Yəni aqrar məhsul yetişdirənlər ilə kənd təsərrüfatı məhsullarından istifadə edib ərzaq məhsulları istehsal edənlərin fəaliyyətləri bir-birindən fərqləndiriləcək.
18. Ölkənin hüdudlarından kənarda əldə olunan gəlirlərin vergiyə cəlb olunmasında şəffaflığı təmin etmək və səmərəli vergi nəzarəti həyata keçirmək üçün digər dövlətlər arasında maliyyə məlumatlarının avtomatik mübadiləsi məqsədilə hökumətlərarası müqavilələrin bağlanması.
- Yəni məlumat və hesabalatın elektron və avtomatik mübadiləsinə gətirib çıxara bilər.
19.Vergi ödəyicisinin vergitutma obyektlərini şəffaf şəkildə vergiyə cəlb etmək və vergitutma bazasının gizlədilməsinin qarşısını almaq məqsədilə vergi qanunvericiliyində hüquqlardan sui-istifadə əleyhinə müddəaların (General anti-avoidance rules) beynəlxalq təcrübəyə uyğunlaşdırılması.
- Bu, Beynəlxalq Valyuta Fondu tərəfindən təşviq edilən və əksər inkişaf etmiş ölkələrdə tətbiq edilir. Məqsəd vergi ödəyicisinin qanunvericilik tələblərinin pozması və eləcə də vergidən yayınmasının qarşısını almaqdan ibarətdir. Daha çox vergi ödəyicilərində şəffaflığın təmin edilməsinə ünvanlanıb.
20. Azərbaycan rezidentlərinin vergi güzəşti olan xarici ölkələrdə və ya onların vergi güzəşti tətbiq olunan ərazilərində (ofşorlarda) fəaliyyət göstərən vergi ödəyiciləri ilə əməliyyatlarına səmərəli vergi nəzarəti mexanizmlərinin qurulması.
- Vergi güzəşti olan xarici ölkələrdə və ya ofşor zonalarda Azərbaycan rezidentlərinin fəaliyyətinə nəzarətin gücləndirilməsi anlamına gəlir.
21. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Qlobal Forumu çərçivəsində vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə yüksək beynəlxalq reytinq əldə etmək və bu reytinqi daima saxlamaq məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi.
- Qlobal Forum 2000-ci illərin əvvəllərində formalaşıb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən dəstəklənən bu forumda məqsəd müxtəlif ölkələrinin vergi qanunuverciiliyi və aktları ilə bağlı məlumatların şəffaf şəkildə paylaşdırılmasıdır. Hazırda qlobal forumun 135 üzvü var. Azərbaycan bu forum çərçivəsində daha aktiv mövqe tutmaq və məlumatların mübadiləsinin genişləndirilməsi məqsədi ilə fəaliyyətlər həyata keçirmək niyyətindədir.

Qlobal.az