Vergilər Nazirliyi 33 mərtəbəli bina inşa etdirir
İyul 29
19:53
2016
Türkiyənin "Tekfen İnşaat” şirkəti Azərbaycan Vergilər Nazirliyinin yeni inzibati binasının tikintisini həyata keçirəcək. "Report” xəbər verir ki, bu barədə şirkət rəsmi saytında məlumat yayıb.
Məlumata görə, hündürlüyü 169 metr olacaq bina 33 mərtəbəldir. Ümumilikdə, 44 200 kv. metr qapalı sahəyə malik layihə çərçivəsində bina 30 min kv. metr ərazidə yerləşəcək.
Qeyd edək ki, SOCAR-ın rəsmi inzibati binası olan "SOCAR Tower”i də "Tekfen İnşaat” inşa edib.
Qlobal.az