SON XƏBƏR

Vergilər Xidməti ofis kirayələdi - Hər gün üçün 4200 manat ödəyəcək

Fevral 14
15:09 2023
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, tender müsabiqəsinin qalibi "Faktor Qrup-S-1” QSC (VÖEN- 1604133621) olub.

Baş İdarə "Faktor Qrup-S-1” QSC-dən qeyri-yaşayış sahəsini icarəyə götürəcək və qarşılığında 11 ay üçün (23.01.2023-31.12.2023) 1 milyon 435 min 140 manat ödəniləcək (hər gün üçün təxminən 4 min 196 manat). Rəqəmlərdən də göründüyü kimi, Baş İdarə icarəyə götürdüyü ofis sahəsinə hər ay təxminən 130 min manat ödəyəcək.

Məlumat üçün bildirək ki, "Faktor Qrup-S-1” QSC "Faktor Qrup-S” QSC-nin yenidən təşkili nəticəsində yaradılıb. Hər iki şirkətin hüquqi ünvanı Heydər Əliyev pr. ev 189-da yerləşir. Faktor Qrup-S-1” QSC 2020-ci ildə, "Faktor Qrup-S” QSC isə 2007-ci ildə dövlət qeydiyyatına alınıb.

Tikinti sektorunda fəaliyyət göstərən şirkətlər bu günə kimi dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərin qalibi olublar.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook