“Vətəndə baş verənlərə susmaq olmaz” - Zurabişvili xaricdə yaşayan gürcülərə müraciət etdi
Noyabr 30
13:39
2024
Gürcüstan Prezidenti Salome Zurabişvili sosial şəbəkədəki paylaşımında Avropa və Amerikada yaşayan gürcüləri ölkədə baş verənlərlə bağlı öz mövqelərini fəal şəkildə ifadə etməyə çağırıb.
"Bu qəddar, amansız, rus tipli xüsusi əməliyyatlara, ifadə azadlığının boğulmasına münasibətinizi aydın şəkildə ifadə etməyin vaxtıdır...Vətəndə baş verənlərə susmaq və heç nə olmamış kimi davranmaq artıq ola bilməz!”, - Salome Zurabişvili noyabrın 30-da "facebook”-da paylaşdığı müraciətdə qeyd edib.