Vidadi Rzayev: "Neftçi"nin problemi idarəçiliklə bağlıdır”
Dekabr 25
14:34
2023
"Neftçi" ötən gün Adrian Mutu ilə yolları ayırdı. Yayda komandaya böyük ümidlərlə gətirilən rumıniyalı keçmiş futbolçu gözləniləni doğrultmadı. Demək olar hər oyundan sonra tənqidlərlə üzləşən mütəxəssisin bu səbəbdən klubla əməkdaşlığı heç bir il çəkmədi.
"Neftçi”nin sabiq futbolçusu Vidadi Rzayev komandadakı baş məşqçi dəyişikliyinə münasibətini bildirib. Mütəxəssis Qaynarinfo-ya açıqlamasında "Neftçi”nin uğursuzlğunun səbəbini rəhbərlikdə gördüyünü deyib:
"Mutunu "Neftçi”yə ona görə gətirmişdilər ki, "Qarabağ”ın hegemonluğuna son qoysun. Yəni, ikinci, üçüncü yerləri tutmaq, avrokuboklara vəsiqə qazanmaq üçün gətirməmişdilər. Sırf çempion olmaq üçün komandanı Mutuya tapşırmışdılar. Mən demişdim ki, komanda aşağı yerlərdə qalsa, Mutunu göndərəcəklər. Çempionatda oynayanların hamısı çempionluq istəyir. Amma təəssüf ki, bu yer bir dənədir. Mənə elə gəlir, Mutudan əvvəlki "Neftçi” daha yaxşı oynayırdı. O gələndən sonra heç bir irəliləyiş olmadı. Gedişi də gözlənilən idi. Görün "Qarabağ”dan nə qədər geridədir. Həm də "Qarabağ”la oyun onun gedişini tezləşdirdi. 90 dəqiqə ərzində cəmi bir qol vəziyyəti yaratdılar. Bundan başqa "Neftçi” nə etdi ki? Oyun da göstərdi ki, bu komanda Mutunun rəhbərliyi altında "Qarabağ”la rəqabət apara bilməz”.
"Neftçi” Mutunun rəhbərliyi altında niyə səviyyəsini artıra bilmədi?” sualını Rzayev belə cavablandırıb:
"Yaxşı futbolçudan yaxşı məşqçi olmur” ifadəsi düzgün deyil. Nadir hallarda bu belə olur. Köhnə futbolçuların əksəriyyəti yaxşı məşqçidir. Zidanı, Ançelottini nümunə göstərə bilərəm. Fikrimcə, "Neftçi”nin problemi idarəçiliklə bağlıdır. Klub büdcəsinə görə "Qarabağ”dan heç də çox geri qalmır. Görünür, futbolçuları gətirənlər, menecerlər, məşqçi düzgün seçim etməyib. Yəqin ki, idarəçilikdə problem var. İndi başqa bir Mutu gələcək, amma inanmıram komanda çempion olacaq. Bu oyunla, futbolçularla mümükün deyil. 90 dəqiqə ərzində "Qarabağ”ın qapısı qarşısında bir qol vəziyyəti yarada bilməyən komanda çempion ola bilməz. "Qarabağ” çox güclüdür”.
"Neftçi”nin sabiq futbolçusu yeni baş məşqçinin rəhbərliyi altında heç də komandanın uğurlu çıxış edəcəyini düşünmür:
"Baxın, Qurban Qurbanov legioner deyil. Lap Rəşad Sadıqov, Samir Abasov, Tərlan Əhmədovu götürək. Hamısı yerlidir. Legioner gəlib nə edəcək ki? Siz araşdırın görün Mutunun təzminatı necə olacaq. Klub onu göndəribsə, pulunu müqaviləsinə əsasən alacaq. Bəs bu pulları niyə çölə səpələyirlər? Biri gedən kimi dərhal yerinə başqasını gətirirlər. Halbuki araşdırmaq lazımdır, kimdir, nəçidir, hansı uğurları olub. Siz buna pul verirsiniz, konfet kağızı yox. Mən bu çempionatda "Neftçi”dən heç nə gözləmirəm. "Qarabağ”a hər cəhətdən uduzurlar. Bu büdcə ilə normal komanda formalaşmaq mümkün idi. Neçə illərdir "Neftçi” bu vəziyyətdədir. Yerli məşqçi gətirsəydilər, daha yaxşı idi. Həmişə yerlilərin tərəfdarı olmuşam. Türkiyəyə baxın, uğurları kimlə bağlıdır? Sonda Montellonu gətirdilər, o da komandanı Avropa çempionatının final mərhələsinə çıxardı. "Neftçi” isə deyir ki, kim olur olsun, təki məşqçi olsun, komandanı çalışdırsın. Yeni məşqçinin cidi uğuru olmayıb, bir uğursuzluq da gəlib Azərbaycanda yaşayar”.