SON XƏBƏR

Viktor Orban: "Tramp qalib gəlsə, Ukraynaya bir qəpik də verməyəcək"

Mart 11
10:43 2024
Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Donald Tramp ABŞ-da keçirilən prezident seçkilərində qalib gələrsə, "Ukrayna-Rusiya müharibəsi üçün bir qəpik də verməyəcək”.

Qaynarinfo xəbər verir ki, M1-ə müsahibəsində o, Trampı sülhü təşviq etmək planları Macarıstanın planları ilə üst-üstə düşən "sülh adamı” adlandırıb. 

"O, hakimiyyətdə olduğu müddətdə müharibəyə başlamayan ilk prezident olub. Biz onun prezidentliyindən bilirik ki, o, sülh adamıdır, indi də fikirlərini gizlətmir, məqsədinin olduğunu açıq şəkildə bildirib. Məqsədi Rusiya və Ukrayna arasında müharibəyə sülh gətirməkdir və biz sülh və atəşkəsdən başqa bir şey istəmirik”, - Orban bildirib.

Macarıstanın baş naziri ABŞ hökumətini, eləcə də Avropa İttifaqının və Aİ-nin ən böyük üzv dövlətlərinin rəhbərliyini "hərbiləşmiş” hesab edir. O, həmçinin əmin edir ki, Tramp qalib gəlsə, Ukrayna-Rusiya müharibəsi üçün bir qəpik də verməyəcək.

"Əgər Amerika pul verməsə, o zaman bu müharibəni tək avropalılar maliyyələşdirə bilməyəcək və o zaman müharibə bitəcək”, - deyən Orban, Trampın hələ qalib gəlmədiyini və partiyasının artıq demokratlara Ukraynaya kömək üçün pul ayırmasına mane olduğunu vurğulayıb.

Xatırladaq ki, martın 8-də Macarıstanın baş naziri Trampla Floridadakı iqamətgahında görüşüb. ABŞ-ın hazırkı prezidenti Co Bayden bu görüşü tənqid edib.

Bildiyiniz kimi, Tramp Ukraynadakı müharibəni 24 saat ərzində bitirəcəyini vəd edir. O, planına "hamı üçün ədalətli razılaşma"nın daxil olduğunu əmin edir.

Eyni zamanda, Orban Ukraynaya yardım göstərilməsi və onun Avropa İttifaqı daxil olmasının əleyhinə çıxış edir. O, həmçinin qeyd edib ki, onun üçün Putin hərbi cinayətkar deyil.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook