“VİP STYLE”də daha bir qalmaqal: Əliyevanı necə qaradəriliyə çevirdilər…
Oktyabr 16
14:20
2017
"VİP STYLE” özəl tibb mərkəzində Bakı sakini Səidə Əliyevanın üzünü kimyəvi dərmanlarla yandıraraq tanınmaz hala salıblar. 4 ay ərzində klinikanın prosedurlarından istifadə edən qadının üz dərisi tamamilə qaralıb və sağalması müşkülə çevrilib.
"Əvvəlcə "Salvador Dali” kursu keçdilər. Sonra məni özünü həkim kimi təqdim edən Fidan adlı xanım müayinə etməyə başladı. O, mənə təklif etdi ki, üzümdəki qaralma və qaşınmanı aradan qaldırmaq üçün onların 2 min manat dəyərində olan kosmetikalarını almalıyam. Məni əmin etdi ki, həmin kosmetik vasitələr üzümdəki bütün problemləri aradan götürəcək. Guya bütün lazımi proseduralar aparılıb, artıq üzümün dərisi kösmetik vasitələrdən istifadəyə hazırdır. Onlara izah etdim ki, mənim dərim həssasdır, kosmetik vasitələrdən, özü də tez-tez istifadə zamanı problem yarana bilər. Ancaq heç bir müayinə aparmadan əmin etdilər ki, təklif edilən kosmetik vasitələr üzümün dərisinin sağalmasına kömək edəcək. Mən də razılaşıb təklif olunan kosmetik vasitələri aldım”-qadın danışır.
"Müalicədən imtina etmək qərarına gəldim, çünki artıq onlara inamım qalmamışdı. Nə baş verdiyinin araşdırılması məqsədilə klinikaya gedəndə mənə dedilər ki, "siz sifətinizi gündə yandırmısınız, bizim burada nə günahımız var?” Guya mən çimərliyə gedib sifətimi yandırmışam. Qəbul etmək istəmirlər ki, üzümün dərisini onların baha qiymətə satdıqları kimyəvi dərmanlar yandırıb”-S.Əliyeva deyir.
Bu şikayətlə virtualaz.org-un redaksiyasına paytaxtın tanınmış xəstəxanalarından birində baş mühasib işləyən Səidə Əliyeva müraciət edib. Şikayətçinin sözlərinə görə, bu müddət ərzində ona 3 min manatdan artıq müxtəlif kosmetik vasitələr aldırıblar. Əvəzində isə dərisində sağalması mümkün olmayan çox ciddi problemlər yaranıb.
Səidə Əliyeva danışır ki, ilk dəfə bu klinikaya 2017-ci ilin fevralında iş yoldaşı ilə birlikdə gedib. Klinikadan onun mobil telefonuna zəng edərək deyiblər ki, "VİP STYLE” MMC-dən nömrəsi "kupona düşüb”, ona görə də nömrə sahibini pulsuz kosmetik müayinə üçün klinikaya dəvət edirlər. Üstəlik bildiriblər ki, ilk prosedur pulsuzdur.
"Mənim nömrəmi onlara klinikada pulsuz prosedur keçən, lakin təklif etdikləri kosmetik vasitələri almağa imkanı olmayan tanışım vermişdi. Ona şərt qoyublar ki, əgər bizim satdığımız kosmetik vasitələri almırsansa, azı 15 tanışının nömrəsini verməlisən. Mən də fikirləşdim ki, əgər o gedibsə, mən də üzümün dərisini müayinə etdirə bilərəm. Elə ilk müayinədən proseduraya dəvət etdilər və bildirdilər ki, üzümün dərisində problem var. Mənə dedilər ki, üzümün dərisindəki bütün problemlər aradan qaldırılacaq, bütün lazımi prosedurlar həyata keçiriləcək”, – deyə S. Əliyeva bildirir.
850 manatlıq "Salvador Dali kursu”: başlayıb üzü qaralmağa
Razılaşdıqdan sonra S. Əliyeva ilə 850 manatlıq müqavilə bağlayıblar və o da deyilən məbləği dərhal ödəyib. Bundan sonra ona müalicə metodu və qəbul günləri təyin edilib. Beləliklə beş gündən bir klinikaya gedərək prosedurları qəbul edən şikayətçinin üzündə elə ilk həftənin tamamında qızartı və qaşınma əmələ gəlib.
"Əvvəlcə "Salvador Dali” kursu keçdilər. Sonra məni özünü həkim kimi təqdim edən Fidan adlı xanım müayinə etməyə başladı. O, mənə təklif etdi ki, üzümdəki qaralma və qaşınmanı aradan qaldırmaq üçün onların 2 min manat dəyərində olan kosmetikalarını almalıyam. Məni əmin etdi ki, həmin kosmetik vasitələr üzümdəki bütün problemləri aradan götürəcək. Guya bütün lazımi proseduralar aparılıb, artıq üzümün dərisi kösmetik vasitələrdən istifadəyə hazırdır. Onlara izah etdim ki, mənim dərim həssasdır, kosmetik vasitələrdən, özü də tez-tez istifadə zamanı problem yarana bilər. Ancaq heç bir müayinə aparmadan əmin etdilər ki, təklif edilən kosmetik vasitələr üzümün dərisinin sağalmasına kömək edəcək. Mən də razılaşıb təklif olunan kosmetik vasitələri aldım”-qadın danışır.
Əliyeva bir müddətdən sonra görür ki, sifətində əməlli-başlı qaralma baş verib. Təzədən həkimə müraciət edəndə resepti dəyişib yeni ona yeni dərmanlar yazıblar. Üstəlik bir aparat da veriblər ki, evdə özü proseduru davam etdirsin. Qadın ona təklif olunan bütün dərmanlardan və prosedurlardan istifadə edib. Lakin üzünün dərisi sağalmaq əvəzinə daha da qaralmağa başlayıb.
"Salvador Dali-2” kursu: üzü daha da bərbad hala düşdü
Şikayətçinin sözlərinə görə, klinikada 4 aya yaxın prosedurlardan keçdikdən sonra üzündə ciddi problemlər əmələ gəlib. Artıq üz dərisinin rəngi o qədər qaralıb ki, onu kosmetik vasitələrlə də örtmək mümkün olmayıb. May ayında isə ona yenidən "Salvador Dali -2” kursu yazılıb. Ümumilikdə bu keyfiyyətsiz dərmanlara 3300 manat pul xərcləyib və əvəzində isə nəinki dərisi gözəlləşməyib, hətta üzü bərbad hala düşüb.
"Müalicədən imtina etmək qərarına gəldim, çünki artıq onlara inamım qalmamışdı. Nə baş verdiyinin araşdırılması məqsədilə klinikaya gedəndə mənə dedilər ki, "siz sifətinizi gündə yandırmısınız, bizim burada nə günahımız var?” Guya mən çimərliyə gedib sifətimi yandırmışam. Qəbul etmək istəmirlər ki, üzümün dərisini onların baha qiymətə satdıqları kimyəvi dərmanlar yandırıb”-S.Əliyeva deyir.
Klinikada qadına onu da deyiblər ki, kökdür və yəqin şəkərli diabeti də var. Hətta qara ciyərində problem ola biləcəyi haqda da xəbərdarlıq ediblər.
Buzlu su ilə limon şirəsi
"Mən isə irad bildirdim ki, əvvəldən sadalanan xəstəliklərin olub-olmadığını, baha qiymətə satdığınız dərmanların belə xəstələrə necə təsir edəcəyini müştəriyə bildirməli idiniz. Halbuki məndə sadalanan xəstəliklərin heç biri yoxdur. Əgər doğrudan da yaranan problem sadalanan xəstəliklərlə bağlıdırsa, nədən ancaq üzümün krem çəkilən hissəsi qaralıb? Bundan sonra mənə soyuq prosedura təyin etdilər. Artıq 500 manatlıq müalicəyə başladım. Müxtəlif kosmetik vasitələrdən istifadə etdilər. Yenə xeyri olmayanda təklif etdilər ki, bütün kosmetik prosedurları dayandırıb, yalnız buzlu su ilə limon şirəsinin qarışığından istifadə edim. Əgər üzümün dərisinin müalicəsi üçün buzlu su ilə limon suyu lazım idisə, nədən mənə təzədən 500 manatlıq dərman satırdılar?”, – deyə şikayətçi bildirir.
Bunun da xeyri olmadığını görəndə S.Əliyeva başqa bir klinikada müayinədən keçmək qərarına gəlib. Məlum olub ki, onun üzünün dərisini kosmetik vasitələr yandırıb. Qadın Klinikanın tibbi rəyi ilə "VİP STYLE” MMC-nin rəhbəri Aydın Cəfərova müraciət edib. Onu dinləyəndən sonra öz həkim heyətləri ilə ayrıca məşvərət aparıblar. Klinika rəhbəri deyib ki, dərinin qaralması onların təyin etdiyi kosmetik vasitələr üzündən olmayıb.
Şikayətçi daha sonra bunları nəql edir: "Dedilər yəqin siz üzünüzə başqa nəsə eləmisiniz. Sonra mənə təklif etdilər ki, 2 min manat qaytarırlar və məsələ bitmiş hesab olunur. Hansı ki, mən onlara 3300 manat pul ödəmişəm. Təbii ki, onların təklifi ilə razılaşmayıb, ödədiyin pulların hamısını geri tələb etdim. Vermədilər. Sonradan onların 2 min manat təklifi ilə razılaşdıqda bildirdilər ki, o pul da mənə çoxdur, mənə yalnız 1100 manat verə bilərlər”.
Şikayətçi deyir ki, klinikada bisavad və çox böyük ehtimalla ixtisasca həkim olmayanlar işlədiyindən onun dərisinin xüsusiyyətləri müəyyən edilməyib. Şikayətçinin sözlərinə görə, üz dərisinə edilən qızıl maska da belə problemə səbəb ola bilərdi: "Mənə qızıl maska edirdilər və onu dərimdən maqnitlə çıxarırdılar. Əslində heç bir metal mənim üzümə dəyməməli idi. 4 ay sanki hipnozda olmuşam…”
Maykl Cekson kimi…
S.Əliyeva başına gələnlərlə bağlı prokurorluğa müraciət edib. Deyir ki, ekspertiza ona "demodeks”, "foto dermatit” diqanozu qoysa da, bundan narazıdır. O, bir çox tanınmış dermatoloqların qəbulunda olub və üzündə "post inflamator hiper pigmentasiya” olduğu aydınlaşıb. Bu problemin həlli isə demək olar ki, mümkün deyil. Üzün əvvəlki vəziyyətini bərpa etmək bəlkə də illərlə sürən uzun müalicədən sonra mümkün ola bilər. Həkimlər ona bildiriblər ki, üzünü bir də müğənni Maykl Ceksonun dərisi kimi ağartmaq mümkündür ki, bu halda gərək ümumiyyətlə gün işığına çıxmasın.
Şikayətçi klinikanın ona dəyən maddi və mənəvi ziyanın ödəməsini istəyir. O bildirir ki, fırıldaqçılıqla məşğul olan klinika bağlanmalı və camaatın aldadılmasının qarşısı alınmalıdır: " Mən təzədən ekspertiza keçirilməsini istəyirəm. İstəyirəm ki, bu tibb mərkəzinin lisenziyası əlindən alınsın. Çünki orada qadınları aldadıb prosedurlara razı salırlar. Bu klinikada istifadə olunan kosmetik vasitələr bura necə gətirilir, gömrükdən keçirmi, bunların arxasında kim dayanır? Mən klinika bağlanana qədər etirazımı davam etdirəcəyəm”,-, deyə şikayətçi bildirir.
(virtualaz.org)
Qlobal.az